Ulu Öndərin əziz xatirəsi İstanbulda ehtiramla anılıb.....

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar dekabrın 12-də Ulu Öndərin İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev Parkında ucaldılan abidəsi ziyarət olunub.

<Ulu Öndərin əziz xatirəsi İstanbulda ehtiramla anılıb.....

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, İstanbulun Sarıyer bələdiyyəsinin sədri Şükrü Genc, Sarıyer bələdiyyəsinin, konsulluğun əməkdaşları, diplomatlar, rəsmi şəxslər, ziyalılar, KİV-in və QHT-lərin nümayəndələri iştirak ediblər.

Anım mərasimində çıxış edən baş konsul Nərminə Mustafayeva Ulu Öndər Heydər Əliyev irsi və onun başlatdığı siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan şanlı Qarabağ Zəfəri haqqında danışıb, Ümummilli Liderin Azərbaycanın yenidən qurulması və inkişafında əvəzsiz xidmətlərindən bəhs ediblər.

Anım tədbirində Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə əklillər və gül dəstələri qoyulub.

Tədbir iştirakçıları Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün bu ərazidəki büstünü də ziyarət edərək önünə gül dəstələri qoyublar.

 

Günel Məlik

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul