TÜRKSOY-un Baş katibi: Şuşa türk dünyasının mədəni həmrəyliyinə böyük töhfə verəcək.....

Zəfərlə tərənnüm olunan Şuşa mədəniyyət incisidir. Şəhərin təbii görkəmi “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinə əzəmət verəcək. Şuşanı tanıyanlar bir daha ona valeh olacaq, indiyədək tanımayanlar tanışlıqlarından məmnun qalacaqlar.

<TÜRKSOY-un Baş katibi: Şuşa türk dünyasının mədəni həmrəyliyinə böyük töhfə verəcək.....

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev ifadə edib.

TÜRKSOY-un qarşıdakı ildə Şuşada silsilə mədəniyyət tədbirləri təşkil etməyi planlaşdırdığını bildirən Baş katib Sultan Rayev əminliklə bildirib ki, Şuşa gələn il keçiriləcək 3-cü “Qorqud Ata” Türk Dünyası Film Festivalına yüksək səviyyədə ev sahibliyi etməklə türk dünyasının mədəni inteqrasiyasına, həmrəyliyinə böyük bir töhfə verəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Bursa