“Türkologiya” jurnalının bu il üçün sonuncu nömrəsi nəşr olunub.....

Beynəlxalq “Türkologiya” jurnalının 2021-ci il üçün ikinci (sonuncu) nömrəsi çapdan çıxıb. 

<“Türkologiya” jurnalının bu il üçün sonuncu nömrəsi nəşr olunub.....


Jurnalın məsul katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimov AZƏRTAC-a bildirib ki, sonuncu nömrədə türkologiyanın müxtəlif sahələrinə dair Azərbaycan, türk, ingilis və rus dillərində elmi məqalələr dərc olunub. Jurnalın bu nömrəsində Arzu Hacıyevanın “Akademik Aqafangel Krımski və onun son əsərinin taleyi”, Atilla Jorma və Əbülfəz Quliyevin “Ural-Altay nəzəriyyəsi: tarixi mülahizələr və reallıqlar”, Buket Baranın “Sibir türk dilləri araşdırmaları (XVIII-XIX əsrlər və XX əsrin I rübü)”, Vilayət Quliyevin “Mirzə Kazımbəyin bir təşəbbüsü haqqında” adlı məqalələr yer alıb. 
Jurnalın klassik irs, dilçilik, ədəbiyyat və folklor, müzakirə və diskussiya, türkoloji mərkəzlər rubrikalarında Azərbaycan, Türkiyə, Özbəkistan, Rumıniya, Şimali Makedoniya və Türkmənistanın elmi mərkəzlərindən göndərilmiş elmi araşdırmalar dərc edilib. 
Elmi həyat, personalia və nekroloqlar rubrikalarında isə türkologiyada əlamətdar hadisələrə və görkəmli şəxsiyyətlərə dair maraqlı yazılar təqdim olunub.