Türkiyəyə turist axını sürətlə artır.....

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma təhlükəsi riskinə baxmayaraq Türkiyənin qəbul etdiyi gündəlik turist sayı durmadan artır. Hökumət turistlərə qarşı yoluxma riskini azaltmaq üçün kompleks tədbirlər görür.

<Türkiyəyə turist axını sürətlə artır.....

AZƏRTAC xəbər verir ki, cari ilin ilk yarımilində Antalyaya gələn turistlərin sayı 1.5 milyon nəfərə çatıb. Onların 721 min 40 nəfəri iyun ayında istirahətə gələnlərdir. Ötən ay Antalyaya səyahət edənlərin 417 min nəfəri ukraynalı turistlər olub. Bu sırada ikinci yeri rus turistlər bölüşüb. Rəqəmlərdən göründüyü kimi, təkcə yay turist mövsümünün ilk ayında ölkəyə daxil olan turistlərin sayı ilin ilk beş ayı ilə müqayisədə təxminən eyni həddədir.

Qeyd edək ki, Türkiyə COVID-19 pandemiyasına qarşı qərarlı mübarizə aparan ölkələrdəndir. Kütləvi peyvəndləmə virusla mübarizə tədbirləri çərçivəsində ən güclü tədbir hesab olunur. Hazırda ölkə ərazisində 50 milyon dozadan yuxarı sayda vaksin tətbiq olunub. İyulun 1-dən etibarən koronavirusun yayılma riskinə qarşı tətbiq olunan qadağaların əsas hissəsi aradan qaldırılıb. Maska taxmaq, sosial məsafə, təmizlik və vaksin vurdurmaq ən ciddi mübarizə üsulları kimi gündəmdədir. Bütün bu tədbirlər turist axınının günbəgün artmasına səbəb olur.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara