Türkiyənin Milli Müdafiə Nazirliyi: Türkiyə olaraq hər zaman qardaşlarımızın yanındayıq

Türkiyənin Milli Müdafiə Nazirliyi ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusunun şəhid olması ilə bağlı başsağlığı mesajı yayımlayıb.

<Türkiyənin Milli Müdafiə Nazirliyi: Türkiyə olaraq hər zaman qardaşlarımızın yanındayıq

AZƏRTAC xəbər verir ki, mesajda deyilir: “Azərbaycan-ermənistan dövlət sərhəd xəttində meydana gələn qarşıdurmalarda şəhid olan Azərbaycan Ordusundakı qəhrəman əsgərlərimizə Allahdan rəhmət, yaralılarımıza cansağlığı, qardaş Azərbaycan xalqına da başsağlığı və səbir diləyirik. Türkiyə olaraq hər zaman qardaşlarımızın yanındayıq və hər zaman yanlarında olacağıq”.

Qeyd edilib ki, ermənistan illərdir davam edən təxribatçı və təcavüzkar mövqeyindən tamamilə əl çəkməli, ona uzadılan sülh əlini fürsət bilməlidir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul