Türkiyəli deputat: Qarabağın azad edilməsinin şərəfini yaşayırıq.....

Azərbaycanlı türk qardaşlarımızı, xüsusilə də Qarabağda ən ön cəbhədə döyüşən qazilərimizi Türkiyədə qarşılamağın bəxtiyarlığını yaşayırıq. Bizim üçün Azərbaycan, Qarabağ Vətəndir. Eyni millətin mənsublarıyıq. Eyni qan, eyni canıq. Qarabağın azad edilməsinin şərəfini yaşayırıq.

<Türkiyəli deputat: Qarabağın azad edilməsinin şərəfini yaşayırıq.....

AZƏRTAC xəbər verir ki, bu fikirləri açıqlamasında Türkiyə Böyük Millət Məclisinin deputatı Olcay Klavuz bildirib.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsini, eləcə də Müzəffər Ali Baş Komandan İlham Əliyevin milli tariximizə qızıl hərflərlə yazılan “Qarabağ Azərbaycandır!” şüarını xatırladan TBMM-nin deputatı Vətən müharibəsi qazilərinin Türkiyədəki zəngin proqramları barədə geniş məlumat verərək əminliklə deyib ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir.

Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyən Türkiyə parlamentinin üzvü Vətən müharibəsi iştirakçılarının qürur mənbəyimiz olduğunu, belə igid və qəhrəman övladları olan Vətənin basılmazlığını ifadə edib.

Qeyd edək ki, Vətən müharibəsi qazilərindən ibarət qrupun qardaş ölkəyə səfəri Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti, Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir. Səfər davam edir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara