Türkiyədə zəlzələdə həlak olanların xatirəsi Azərbaycan parlamentində yad edilib.....

Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi Milli Məclisin iclasında bir dəqiqəlik sükutla yad edilib.

<Türkiyədə zəlzələdə həlak olanların xatirəsi Azərbaycan parlamentində yad edilib.....

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova həlak olanların ailələrinə və yaxınlarına, qardaş türk xalqına dərin hüznlə başsağlığı verib. Bildirib ki, Türkiyədə baş vermiş zəlzələni xalqımız öz faciəsi kimi qəbul edərək fəlakətin nəticələrini aradan qaldırmaqda onlara kömək göstərmək üçün bütün imkanlarını səfərbər edib.

“Bu gün biz iki dövlət arasında qardaşlıq münasibətlərinin yeni nümunələrini inşa etmək üçün həm dövlət başçıları, həm də insanlar səviyyəsində özünü göstərən doğmalıq və könül birliyi ilə Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olması həqiqətini bir daha sübut edirik”, - deyə Milli Məclisin sədri vurğulayıb.