Türkiyədə güclü meşə yanğını başlayıb.....

Türkiyənin Hatay şəhərində yerləşən Dokuzdal məhəlləsində güclü meşə yanğını başlayıb.

<Türkiyədə güclü meşə yanğını başlayıb.....

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, yanğın bölgəsinə 5 yanğınsöndürən maşın, 4 su sistern maşını və əlli işçi cəlb edilib.

Yanğının söndürülməsi və alovların ətraf bölgələrə keçməməsi üçün ciddi tədbirlər görülür.

Hələlik yanğının baş vermə səbəbi bilinmir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara