Türkiyə Silahlı Qüvvələri daha 10 terrorçunu zərərsizləşdirib.....

Türkiyə Silahlı Qüvvələri Suriyada PKK/YPG terrorçularına qarşı növbəti əməliyyat keçirib. Əməliyyat nəticəsində Barış Pınarı bölgəsində hücuma hazırlaşan 10 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

<Türkiyə Silahlı Qüvvələri daha 10 terrorçunu zərərsizləşdirib.....

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda vurğulanır ki, terrorçu qrupların bölgədə sülh və sabitliyi pozmasının qarşısı hər zaman qətiyyətlə alınacaq. Terrorçulara qarşı əməliyyatlar davam edir.