Türkiyə mediası Prezident İlham Əliyevin Səmərqənd Zirvə Görüşündəki nitqinə geniş yer ayırıb.....

Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 11-də Özbəkistana səfəri, Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşündə iştirakı və bu mötəbər qurumun tribunasındakı nitqi Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

<Türkiyə mediası Prezident İlham Əliyevin Səmərqənd Zirvə Görüşündəki nitqinə geniş yer ayırıb.....

AZƏRTAC xəbər verir ki, informasiyalarda dövlətimizin başçısının çıxışı, əsasən “Azərbaycan Prezidenti İlham Əliyev: Soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır”, - sərlövhəsi ilə təqdim edilib.

Anadolu, DHA və İHA agentlikləri, “TRT Haber”, “TGRT”, “NTV”, “TRT AVAZ” telekanalları, “Hurriyet”, “Milliyet”, “Yeni şafak”, “Sabah” və digər qəzetlər, o cümlədən dövlət orqanlarının və aparıcı analitik mərkəzlərin rəsmi saytları Türk Dövlətləri Təşkilatının Səmərqənddəki Zirvə Görüşü barədə davamlı olaraq informasiyalar yayıblar.

Azərbaycanın dövlət başçısının tədbirdəki nitqinə və Səmərqənddə keçirdiyi ikitərəfli görüşlərə geniş yer ayıran Türkiyə mediası diqqətə çatdırıb ki, Prezident İlham Əliyev bütün türk dünyasını maraqlandıran ən aktual məsələlərdən bəhs edib.

Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycanın, Özbəkistanın, Türkiyənin birinci xanımlarının və Macarıstanın Baş nazirinin xanımının Səmərqənddə bir araya gəlmələri də Türkiyə mediasının diqqət mərkəzində olub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara