Türk dünyasından bəhs edən 3 yeni kitab çap olunub.....

Türkiyənin Təhsil üzrə Azad Həmkarlar İttifaqı (TAHİ – Türk Eğitim-Sen) türk dünyasından bəhs edən 3 yeni kitab nəşr etdirib.

<Türk dünyasından bəhs edən 3 yeni kitab çap olunub.....

AZƏRTAC xəbər verir ki, “Türk dünyası müstəqilliyinin 30-cu ildönümündə” adlı kitabda türk respublikalarının müstəqillik dövrünü qiymətləndirmək üçün öz sahələri üzrə tanınmış müəlliflərin araşdırma yazıları toplanıb.

30 il əvvəl müstəqillik qazanmış türk respublikaları, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti folkloruna məxsus nağıl və oyunlardan seçilmiş nümunələr isə iki ayrı kitabda nəşr olunub. “Türk dünyasından uşaqlar üçün nağıllar” adlı topluda türkiyəli uşaqlar digər türkdilli dövlətlərdən olan həmyaşıdlarının nağıl qəhrəmanları ilə tanış olacaqlar.

“Türk dünyasından uşaqlara oyunlar” adlı kitabda isə azyaşlı oxucular türk xalqlarının folklorunda öz əksini tapan, türk mədəniyyəti ilə qurulmuş oyunları öyrənəcəklər.