Tornado nəticələrinin fotoşəkli beynəlxalq müsabiqəyə təqdim olunmuş ən yaxşı iş hesab edilib....

Fotoqraf Peter Topiçin “Dağıntı” seriyasından olan kadrı beynəlxalq “Çeşskoye press-foto 2021” müsabiqəsinin “Aktual” kateqoriyasında ən yaxşı iş hesab edilib. Bu fotoşəkildə keçən il iyun ayının sonunda Cənubi Moraviyada baş vermiş tornadonun nəticələri əks olunub.

<Tornado nəticələrinin fotoşəkli beynəlxalq müsabiqəyə təqdim olunmuş ən yaxşı iş hesab edilib....

Xatırladaq ki, həmin təbii fəlakət nəticəsində altı nəfər həlak olub, onlarca insan yaralanıb, 1500 tikintiyə zərər dəyib.

AZƏRTAC xəbər verir ki, fotomüsabiqənin qalibi Peter Topiç MAFRA agentliyinin əməkdaşıdır. Münsiflər heyətinin kollegiyası bu işi Avropa İttifaqının üzvü olan müxtəlif ölkələrdən 250 müəllif tərəfindən təqdim olunmuş 4 mindən çox fotoşəkildə arasında ən yaxşı iş hesab edib.

Kadrlar may ayının sonuna qədər Praqa Milli Muzeyində nümayiş etdiriləcək.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa