Tokiodan ilkin qeydiyyatdan keçmədən vaksin vuran iki mərkəz açılıb.....

Tokio hökuməti paytaxtda ilkin qeydiyyatdan keçmədən vətəndaşlara koronavirusa qarşı vaksin vuran iki mərkəz açıb. Hökumət orqanları, həmçinin əcnəbilər üçün də Tokioda və ətraf rayonlarda vaksinasiyanı sürətləndirməyə çalışırlar.

<Tokiodan ilkin qeydiyyatdan keçmədən vaksin vuran iki mərkəz açılıb.....


AZƏRTAC xəbər verir ki, mərkəzlərdən biri NHK telekanalının “Shibuya Ward” rayonundakı Dostluq Teatrında yerləşir. Bu mərkəz hər gün yerli vaxtla saat 12:00-dan 19:00-dək fəaliyyət göstərəcək. 
Digər mərkəz Çiyoda rayonundakı Qyoko-Çika vaksin vurulması mərkəzində yerləşəcək. Bu mərkəzin isə hər gün saat 12:00-dan axşam saat 20:00-dək fəaliyyət göstərəcəyi bildirilir.
Həmin mərkəzlərdə 12 yaşdan yuxarı Tokioda yaşayan, işləyən və ya təhsil alan istənilən şəxs vaksin vurdura bilər. Bu şəxslərə yalnız “Moderna” vaksini təklif ediləcək.
Həmin mərkəzlərdə vaksin vurdurmaq üçün vətəndaşlar yerli bələdiyyələr tərəfindən onlara göndərilən talonları və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər.
Rəsmi nümayəndələrin bildirdiyinə görə, bu mərkəzlərdə qısamüddətli vizaya malik olan əcnəbilər də vaksin vurdura bilərlər. Bu zaman onlardan bələdiyyələr tərəfindən göndərilən talon tələb olunmayacaq.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio