Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların həcmi 844 milyon dollar qiymətləndirilib.....

Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 844 milyon dollar məbləğində qiymətləndirilib.

<Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların həcmi 844 milyon dollar qiymətləndirilib.....

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, daxilolmalar 531,2 milyon dollar, ödənişlər isə 312,8 milyon dollar təşkil edib. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 92,5 faizi xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 6,2 faizi ölkəyə gətirilən humanitar və yardım mallarının həcmi, 1,3 faizi isə digər daxilolmalar təşkil edir. Ölkəyə göndərilən pul baratlarının həcmi 32 faiz artaraq 491,4 milyon dollar, ölkədən çıxarılan pul baratlarının həcmi isə 15,8 faiz artaraq 256,1 milyon dollar olub. Nəticədə pul baratları üzrə 235,3 milyon dollar müsbət saldo yaranıb. Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 218,4 milyon dollar (1,5 dəfə artım) təşkil edib.