Təhsil İnstitutu şagirdlər üçün beynəlxalq müsabiqə təşkil edəcək.....

Təhsil İnstitutu iyunun 27-dən 30-dək Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (KBRM) təşkil edəcək. Pandemiya səbəbi ilə birillik fasilədən sonra ölkəmizdə üçüncü dəfə reallaşacaq müsabiqə mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə keçirilir.

<Təhsil İnstitutu şagirdlər üçün beynəlxalq müsabiqə təşkil edəcək.....

İnstitutdan AZƏRTAC-a bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır. Müsabiqə Azərbaycan, rus və ingilis dillərində keçiriləcək və 60 dəqiqə davam edəcək.

Bu il müsabiqə onlayn formatda təşkil olunacaq və bütün bölgələrdən olan şagirdlər müsabiqəyə qoşulmaq və öz biliklərini yoxlamaq imkanı qazanacaqlar.

Müsabiqədə iştirak edən hər bir şagirdə sertifikat veriləcək. Müsabiqənin keçiriləcəyi vaxt, onlayn imtahanın formatı, qeydiyyat, iştirak haqqı və s. məsələlərə dair ətraflı məlumat bu həftə ərzində ictimaiyyətə təqdim olunacaq.