“TEKNOFEST Azərbaycan” möhtəşəm konsert proqramı ilə unudulmaz anlar yaşadıb......

28 May - Müstəqillik Günü ilə əlaqədar "TEKNOFEST Azərbaycan" çərçivəsində möhtəşəm konsert proqramı təqdim olunub.

<“TEKNOFEST Azərbaycan” möhtəşəm konsert proqramı ilə unudulmaz anlar yaşadıb......

AZƏRTAC xəbər verir ki, “Bakı Kristal Hall”da baş tutan konsertdə gecə boyu təqdim olunan rəngarəng musiqi əsərləri və estrada nömrələri minlərlə izləyiciyə xüsusi zövq yaşadıb.

Belə ki, proqram çərçivəsində məşhur “Rast” qrupunun solisti, Əməkdar artist Lamiyə Kərimova, “Natiq” ritm qrupu, “Mirvari” rəqs qrupu, Dilarə Kazımova, Samira Ali Maryam, Xəyyam Nisanov, Mehin Hümbətova, Sevda Yahyayeva, İlqar Xəyal, Azərin Tağıyeva, Tünzalə Ağayeva, Röya Ayxan və Zülfiyyə Xanbabayeva çıxış ediblər.