Tədqiqatçılar: Meymunlar qarşıdurmaya yol verməmək üçün yad səsləri təqlid edir.....

Braziliyanın Amazon İnstitutunun əməkdaşları qırmızı əlli və alaca tamarinləri müşahidə ediblər.

<Tədqiqatçılar: Meymunlar qarşıdurmaya yol verməmək üçün yad səsləri təqlid edir.....

AZƏRTAC “Nauka i jizn” saytına istinadla xəbər verir ki, şimal-şərqi Amazon boyunca geniş yayılmış qırmızı əlli tamarinlər Manausda yığcam populyasiyada yaşayan alaca tamarinlərlə qarşılaşır. Digər primatlar kimi, tamarinlər də səslər vasitəsilə ünsiyyət qurur və müxtəlif növlərdə siqnalların öz xüsusiyyəti var. Onlar ailələr halında öz ərazisində yaşayır.

“Behavioral Ecology and Sociobiology” jurnalında dərc olunmuş məqalədə qeyd edilir ki, alacanın ərazisinə keçən qırmızı əlli tamarinin səsi dəyişir – o, “qonşunun” çağırış siqnalını təqlid edir. Tədqiqatçıların fikrində, onlar bunu alacalarla görüşə biləcəkləri ərazidə edir. Lakin alacalar qırmızı əlli tamarinlərin ərazisinə keçəndə səs təqlidi etmir. Ola bilsin ki, qırmızı əlli tamarinlər daha “söhbətcil”dir və daha çox səs imkanlarına malikdir. Buna görə də yad “tələffüz”ü təkrar etmək onlar üçün asandır.

Hər iki növ oxşar həyat tərzi sürür və qidaları eynidir. Yəni onlar bir-biri üçün rəqibdir və yad ərazisinə daxil olmaq qarşıdurma ilə başa çatır.

Tədqiqat işinin müəllifləri güman edirlər ki, qırmızı əlli tamarinlər qonşunun səsini çıxarmaqla ərazidə aqressivik dərəcəsini azaldır. Qırmızı tamarinlərin səsi onsuz da tanınır, lakin onlar yad “tələffüz”ə keçməklə, güman ki, qonşuları tərəfindən daha yaxşı anlaşılmağa çalışır; qonşu əraziyə oranı tutmaq deyil, xoş niyyətlə gəldiyini yad “tələffüz”də izah etmək tamarinlər üçün daha asandır. Hələ ki bu, daha çox fərziyyədir. Bu təqlidin iki növ arasında gərginliyi azaldıb-azaltmaması növbəti müşahidələr əsasında bilinəcək.