Tarix Muzeyinin Arxeoloji kolleksiyasının Şuşa incisi - miniatür küpə.....

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Şuşa incisi - gövdəsinin xarici ətrafı natamam şəkildə göy rəngli şirlə örtülmüş miniatür küpə qorunur.

<Tarix Muzeyinin Arxeoloji kolleksiyasının Şuşa incisi - miniatür küpə.....

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Arxeologiya elmi fond şöbəsinin müdiri dosent Nasir Quluzadə bu saxsı nümunəsini zahiri xüsusiyyətlərinə görə XVII-XVIII əsrlərə aid edir. Miniatür küpə həm də öz dövrünün sənətkarlıq, daha dəqiq desək dulusçuluq məhsuludur. Sadə quruluşa və bədii tərtibata malik olan miniatür küpənin böyük zövqlə hazırlanması Qarabağ dulusçularının peşəkarlığından xəbər verir. Bu maddi mədəniyyət nümunəsindən Qarabağın xanlıqlar dövrü dulusçuluğunun inkişaf səviyyəsini öyrənmək üçün əşyavi mənbə kimi istifadə oluna bilər. Şirli miniatür küpə muzey ziyarətçiləri üçün də maraqlı bədii keramika nümunəsidir.

Miniatür küpə hazırda muzeyin ekspozisiyasının 1-ci mərtəbəsində nümayiş olunur.