Tarix Muzeyində yazılı şirli qab qorunur.....

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində yazılı şirli qab qorunur.

<Tarix Muzeyində yazılı şirli qab qorunur.....

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, muzeydə qorunan bədii keramika nümunələri öz gözəlliyi ilə fərqlənir. Bunların arasında olan şirli qablar Azərbaycanda tarixən estetik cəhətdən yüksək sənətkarlıq ənənəsinin olduğunu təsdiq edir. Orta əsr Beyləqan şəhərinin yerindən arxeoloji qazıntılar zamanı aşkarlanmış boşqablar keramika sənətinin olduqca maraqlı qrupunu təşkil edir. 1960-cı ildə arxeoloq Qara Əhmədov tərəfindən burada tapılan şirli boşqab gildən hazırlanıb.

Qabın mərkəzində ərəb əlifbası ilə onun ustasının – Bədəlin adı yazılıb.