Tarix Muzeyində tədbir: Vətən müharibəsində Azərbaycan qadınının rolu.....

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Qadınlar Şurası “Vətən müharibəsində Azərbaycan qadınının rolu” adlı tədbir keçirib.

<Tarix Muzeyində tədbir: Vətən müharibəsində Azərbaycan qadınının rolu.....

Muzeydən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu müəssisənin Qadınlar Şurasının sədri, tarix elmləri doktoru Nərgiz Əliyeva Vətən müharibəsi zamanı hər bir Azərbaycan qadınının dövlətimizin başçısı İlham Əliyevin “Biz birlikdə güclüyük” kəlamını rəhbər tutaraq Prezidentimizin ətrafında birləşdiyini, həm ön cəbhədə, həm də arxa cəbhədə fədakarlıqlar göstərdiyini deyib.

Qadınlar Şurasının sədr müavini Esmira Rəhimova Vətən müharibəsində Azərbaycan qadınlarının iştirakından və rolundan danışıb. Torpaqlarımızın düşmən tapdağından azad olunması naminə Azərbaycan qadınlarının böyük fədakarlıq nümunəsi göstərdiyini vurğulayan E.Rəhimova onların səngərlərdə əsgərlərin ana, bacı kimi qayğısına qaldıqlarını, yeri gələndə döyüş yoldaşları olduğunu bildirib.

Sonra “Vətən müharibəsində Azərbaycan qadınının rolu” adlı slayd təqdim olunub.