Tarix Muzeyində Qarabağ xanlığına aid nadir eksponatların təqdimatı olacaq.....

İyunun 20-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Qarabağ xanlığına aid nadir eksponatların təqdimatı olacaq.

<Tarix Muzeyində Qarabağ xanlığına aid nadir eksponatların təqdimatı olacaq.....

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, tədbirdə üzərində Qarabağda zərb olunması barədə yazının əksini tapdığı XIV əsrin gümüş pulu, Qarabağ xanlığının pulları, Şuşa qala qapısının iki gümüş açarı, İbrahimxəlil xanın hakimiyyət rəmzi olan şeşpəri və digər eksponatlar nümayiş etdiriləcək.