Tarix Muzeyində görkəmli pedaqoq, publisist və ictimai-siyasi xadim Teymur bəy Bayraməlibəyova aid materiallar qorunur.....

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində görkəmli pedaqoq, publisist və ictimai-siyasi xadim Teymur bəy Bayraməlibəyova və ailəsinə aid materiallar qorunur.

<Tarix Muzeyində görkəmli pedaqoq, publisist və ictimai-siyasi xadim Teymur bəy Bayraməlibəyova aid materiallar qorunur.....

Muzeydən AZƏRTAC-a bildiriblər ki, Sənədli mənbələrin elmi fond şöbəsində Teymur bəy Bayraməlibəyovun (1862-1937) qızları Məryəm xanım və Təhminə xanımın şəxsi materialları qorunub saxlanılır.

Burada onun rus dilinə yazdığı əlyazmaları da mühafizə edilir. Muzeyin fondunda Teymur bəy Bayraməlibəyovun 1899-cu ildə böyük rus şairi Puşkinin 100 illiyi münasibəti ilə yazdığı məlumat xarakterli əlyazması, “Fətəli şah və onun tarixi”, “Abbas Mirzə haqqında türk xalq əfsanəsi”, “Makedoniyalı İsgəndər haqqında fars tarixi əfsanəsi”, Teymur bəy Bayraməlibəyovun Qafqaz canişininə Lənkəran sakinləri tərəfindən ünvanlanmış ərizəsi, Teymur bəyin Qafqaz canişinliyinə Lənkəran qəzasına dəmir yolunun çəkilməsi haqqında ərizəsi, T.Bayraməlibəyovun qızı Məryəm xanıma göndərdiyi məktubu, Məryəm xanım Bayraməlibəyovanın Moskvada keçirilən müəllimlərin I ümumittifaq qurultayı və N.K.Krupskaya ilə görüş haqqında məlumatı, Moskva şəhərində keçirilən ümumittifaq müəllimlər qurultayında çıxışı və s. sənəd və əsərləri qorunub saxlanılır.