Tarix Muzeyində “B.A.Dornun Qafqaz və Xəzərin cənub sahillərinə səyahət atlası” adlı kitab-albom qorunur.....

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxanasında “B.A.Dornun Qafqaz və Xəzərin cənub sahillərinə səyahət atlası” adlı nadir kitab-albom qorunur.

<Tarix Muzeyində “B.A.Dornun Qafqaz və Xəzərin cənub sahillərinə səyahət atlası” adlı kitab-albom qorunur.....

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Kitab-albom 1895-ci ildə nəşr olunub və o vaxtdan etibarən nadir mənbəyə çevrilib. B.A.Dornun Qafqaza və Xəzər dənizinin cənub sahillərinə səyahəti zamanı qələmə alınan kitab-albomuna təbiət mənzərələri, Azərbaycanın tarixi abidələri və Qafqazda yazı nümunələrinin rəngli litoqrafik təsvirləri daxildir.

Şərqşünas B.Dornun əsərlərində Xəzərətrafı regionlar, əsasən Azərbaycan və İran haqqında maraqlı məlumatlar yer alıb. Həmin dövrün tədqiqi və təbliği baxımından kitab-albom tədqiqatçılar üçün mühüm əhəmiyyət kəsb edir.