Suraxanı rayon Heydər Əliyev Mərkəzi Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx hazırlayıb.....

Suraxanı rayon Heydər Əliyev Mərkəzi “15 İyun – Milli Qurtuluş Günü” adlı videoçarx hazırlayıb.

<Suraxanı rayon Heydər Əliyev Mərkəzi Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx hazırlayıb.....

AZƏRTAC xəbər verir ki, videoçarx mərkəzin sosial şəbəkə hesabları üzərindən yayımlanıb.

Videoçarxda bildirilir ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyətlərdən biri kimi milyonların qəlbində yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ulu Öndər bu müqəddəs amal uğrunda ən çətin sınaqlara, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi böyük ehtiramla xatırlanır. Heydər Əliyev Azərbaycan tarixinə silinməz iz qoymuş böyük şəxsiyyət, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Respublikamızın vətəndaşları hər il 15 iyun - Milli Qurtuluş Gününü təntənə ilə qeyd edirlər.

Diqqətə çatdırılır ki, iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilib. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürüb. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı olub, böyük qurtuluşa doğru mühüm addım atılıb.