Su anbarı və al-əlvan çiçəklərin yaratdığı tablolar - Suqovuşanın təbiət mənzərələri.....

Tərtər rayonunun Suqovuşan qəsəbəsi Murovdağ silsiləsinin ətəyində, Tərtərçayın sahilində yerləşir. 1976-cı ildə istismara verilən və Tərtərçay, Turaqaçay çaylarından daxil olan suların hesabına formalaşan su anbarı Suqovuşanın təbiətinə xüsusi gözəllik qatıb. Suqovuşan qəsəbəsi bahar fəslində əsrarəngiz təbiət mənzərələri ilə diqqəti çəkir. Su anbarını əhatəsinə alan al-əlvan çiçəklərin yaratdığı tablolar insanın ruhunu oxşayır, qəlbə sakitlik gətirir.

<Su anbarı və al-əlvan çiçəklərin yaratdığı tablolar - Suqovuşanın təbiət mənzərələri.....

Saf dağ iqlimi, gözəl təbiət mənzərələri, tarixi abidələr, Tərtərçay və su anbarı gələcəkdə Suqovuşanın turizm məkanı kimi şöhrət tapacağına zəmin yaradır.

AZƏRTAC Suqovuşanın təbiət mənzərələrini təqdim edir.