“SpaceX” kompaniyası orbitə daha 46 internet peyki çıxarıb.....

“SpaceX” kompaniyasının “Falcon 9” raket daşıyıcısı qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan “Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb.

<“SpaceX” kompaniyası orbitə daha 46 internet peyki çıxarıb.....

AZƏRTAC xəbər verir ki, kompaniyanın saytında yerləşdirilən məlumata görə, yaxın yerətrafı orbitə daha 46 minipeyk çıxarılıb.

Daşıyıcı raket cümə günü yerli vaxtla saat 10:39-da (Bakı vaxtı ilə 21:39) ABŞ Hərbi Hava Qüvvələrinin Vandenberq (Kaliforniya ştatı) buraxılış meydançasından start götürüb. Təqribən bir saat sonra peyklər qütb orbitində 320 kilometrədək hündürlükdə raketin daşıyıcı pilləsindən ayrılıb. “SpaceX” mühəndisləri peyklərin işə yararlığını yoxladıqdan sonra onlar öz ion mühərrikləri vasitəsilə 560 kilometr hündürlükdəki ştat orbitinə qalxacaq.

Bu, 2019-cu ilin mayından bəri internet peyklərinin orbitə çıxarılan sayca 53-cü qrupudur.

Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə təxminən 12 min kosmik aparat çıxarmağı planlaşdırır. Kompaniyanın qiymətləndirməsinə əsasən, internet peyklərinin buraxılışı və istismarı 10 milyard dollara başa gələcək. “Starlink” peyk şəbəkəsi planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq.