Son sutkadakoronavirus infeksiyasına 12 yoluxma faktı qeydə alınıb.....

Son sutkada Azərbaycanda yeni növ koronavirus infeksiyasına 12 yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.

<Son sutkadakoronavirus infeksiyasına 12 yoluxma faktı qeydə alınıb.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 793 min 188 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 316 nəfər müalicə olunaraq sağalıb, 9 min 717 nəfər vəfat edib. Aktiv xəstə sayı 155 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 849, bu günə qədər isə ümumilikdə 6 milyon 957 min 854 test icra olunub.