Son sutkada koronavirus əleyhinə 30 min dozaya yaxın peyvənd vurulub.....

Yanvarın 18-də Azərbaycanda 29 min 596 nəfər yeni növ koronavirus  infeksiyası əleyhinə vaksinasiya olunub.

<Son sutkada koronavirus əleyhinə 30 min dozaya yaxın peyvənd vurulub.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 44, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 504, “buster” doza ilə peyvənd olunanların sayı isə 23 min 48 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 701 min 685, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 203 min 374, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 717 min 982 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 780 min 329 nəfər təşkil edir.