Son sutkada koronavirus əleyhinə 28 min dozadan çox peyvənd vurulub.....

Yanvarın 19-da Azərbaycanda 28 min 97 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

<Son sutkada koronavirus əleyhinə 28 min dozadan çox peyvənd vurulub.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 746, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 953, “buster” doza ilə peyvənd olunanların sayı isə 22 min 398 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 729 min 782, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 206 min 120, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 720 min 935 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 802 min 727 nəfər təşkil edir.