Son sutkada koronavirus infeksiyasına 8 yoluxma faktı qeydə alınıb.....

Son sutkada Azərbaycanda yeni növ koronavirus infeksiyasına 8 yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

<Son sutkada koronavirus infeksiyasına 8 yoluxma faktı qeydə alınıb.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 823 min 592 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 454 nəfər müalicə olunaraq sağalıb, 9957 nəfər vəfat edib. Aktiv xəstə sayı 181 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1402, bu günə qədər isə ümumilikdə 7 milyon 339 min 257 test icra olunub.