Son sutkada koronavirus infeksiyasına 7 yoluxma faktı qeydə alınıb.....

Son sutkada Azərbaycanda yeni növ koronavirus infeksiyasına 7 yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.

<Son sutkada koronavirus infeksiyasına 7 yoluxma faktı qeydə alınıb.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 785 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 19 nəfər müalicə olunaraq sağalıb, 9 min 713 nəfər vəfat edib. Aktiv xəstə sayı 53 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 580, bu günə qədər isə ümumilikdə 6 milyon 901 min 5 test icra olunub.