Son sutkada koronavirus infeksiyasına 674 yoluxma faktı qeydə alınıb.....

Azərbaycanda yeni növ koronavirus infeksiyasına son sutkada 674 yoluxma faktı qeydə alınıb, 509 nəfər müalicə olunaraq sağalıb.

<Son sutkada koronavirus infeksiyasına 674 yoluxma faktı qeydə alınıb.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 10 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 623 min 555 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 607 min 397 nəfər müalicə olunaraq sağalıb, 8 min 490 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 min 668 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 386, bu günə qədər isə ümumilikdə 5 milyon 978 min 735 test icra olunub.