Son sutkada koronavirus infeksiyasına 645 yoluxma faktı qeydə alınıb......

Azərbaycanda yeni növ koronavirus infeksiyasına son sutkada 645 yoluxma faktı qeydə alınıb, 577 nəfər müalicə olunaraq sağalıb.

<Son sutkada koronavirus infeksiyasına 645 yoluxma faktı qeydə alınıb......

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 622 min 881 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 606 min 888 nəfər müalicə olunaraq sağalıb, 8 min 480 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 min 513 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 746, bu günə qədər isə ümumilikdə 5 milyon 968 min 349 test icra olunub.