Son sutkada koronavirus infeksiyasına 6 yoluxma faktı qeydə alınıb.....

Son sutkada Azərbaycanda yeni növ koronavirus infeksiyasına 6 yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

<Son sutkada koronavirus infeksiyasına 6 yoluxma faktı qeydə alınıb.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 925 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 130 nəfər müalicə olunaraq sağalıb, 9 min 715 nəfər vəfat edib. Aktiv xəstə sayı 80 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 714, bu günə qədər isə ümumilikdə 6 milyon 932 min 255 test icra olunub.