Son sutkada koronavirus infeksiyasına 6 yeni yoluxma qeydə alınıb.....

Son sutkada Azərbaycanda yeni növ koronavirus infeksiyasına 6 yoluxma qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.

<Son sutkada koronavirus infeksiyasına 6 yeni yoluxma qeydə alınıb.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 829 min 271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 795 nəfər müalicə olunaraq sağalıb, 10 min 153 nəfər vəfat edib. Aktiv xəstə sayı 323 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 526, bu günə qədər isə ümumilikdə 7 milyon 549 min 889 test icra olunub.

Sutka ərzində koronavirus infeksiyası əleyhinə vaksin vurulmayıb.