Son sutkada koronavirus infeksiyasına 44 yoluxma faktı qeydə alınıb.....

Son sutkada Azərbaycanda yeni növ koronavirus infeksiyasına 44 yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.

<Son sutkada koronavirus infeksiyasına 44 yoluxma faktı qeydə alınıb.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 823 min 805 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 618 nəfər müalicə olunaraq sağalıb, 9 min 967 nəfər vəfat edib. Aktiv xəstə sayı 220 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 mın 101, bu günə qədər isə ümumilikdə 7 milyon 349 min 698 test icra olunub.