Son sutkada koronavirus infeksiyasına 43 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus infeksiyasına 43 yoluxma faktı qeydə alınıb, 57 nəfər müalicə olunaraq sağalıb.

<Son sutkada koronavirus infeksiyasına 43 yoluxma faktı qeydə alınıb

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 824 min 288 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 53 nəfər müalicə olunaraq sağalıb, 9 min 978 nəfər vəfat edib. Aktiv xəstə sayı 257 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 235, bu günə qədər isə ümumilikdə 7 milyon 373 min 658 test icra olunub.