Son sutkada koronavirus infeksiyasına 39 yoluxma faktı qeydə alınıb.....

Son sutkada Azərbaycanda yeni növ koronavirus infeksiyasına 39 yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

<Son sutkada koronavirus infeksiyasına 39 yoluxma faktı qeydə alınıb.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 min 721 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 383 nəfər müalicə olunaraq sağalıb, 10 min 129 nəfər vəfat edib. Aktiv xəstə sayı 209 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 912, bu günə qədər isə ümumilikdə 7 milyon 532 min 345 test icra olunub.