Son sutkada koronavirus infeksiyasına 34 yoluxma faktı qeydə alınıb.....

Son sutkada Azərbaycanda yeni növ koronavirus infeksiyasına 34 yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.

<Son sutkada koronavirus infeksiyasına 34 yoluxma faktı qeydə alınıb.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 793 min 140 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 267 nəfər müalicə olunaraq sağalıb, 9 min 717 nəfər vəfat edib. Aktiv xəstə sayı 156 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 371, bu günə qədər isə ümumilikdə 6 milyon 952 min 119 test icra olunub.