Son sutkada koronavirus infeksiyasına 34 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus infeksiyasına son sutkada 34 yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

<Son sutkada koronavirus infeksiyasına 34 yoluxma faktı qeydə alınıb

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 145 nəfər müalicə olunaraq sağalıb, 9 min 715 nəfər vəfat edib. Aktiv xəstə sayı 99 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1899, bu günə qədər isə ümumilikdə 6 milyon 934 min 154 test icra olunub.