Son sutkada koronavirus infeksiyasına 33 yoluxma faktı qeydə alınıb.....

Son sutkada Azərbaycanda yeni növ koronavirus infeksiyasına 33 yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 min 880 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 562 nəfər müalicə olunaraq sağalıb, 10 min 81 nəfər vəfat edib. Aktiv xəstə sayı 237 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 917, bu günə qədər isə ümumilikdə 7 milyon 483 min 242 test icra olunub.

<Son sutkada koronavirus infeksiyasına 33 yoluxma faktı qeydə alınıb.....