Son sutkada koronavirus infeksiyasına 19 yoluxma faktı qeydə alınıb.....

Azərbaycanda yeni növ koronavirus infeksiyasına son sutkada 19 yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

<Son sutkada koronavirus infeksiyasına 19 yoluxma faktı qeydə alınıb.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 903 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 103 nəfər müalicə olunaraq sağalıb, 9 min 715 nəfər vəfat edib. Aktiv xəstə sayı 85 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 217, bu günə qədər isə ümumilikdə 6 milyon 926 min 715 test icra olunub.