Son sutkada koronavirus infeksiyasına 12 yoluxma faktı qeydə alınıb.....

Son sutkada Azərbaycanda yeni növ koronavirus infeksiyasına 12 yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

<Son sutkada koronavirus infeksiyasına 12 yoluxma faktı qeydə alınıb.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 832 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 63 nəfər müalicə olunaraq sağalıb, 9 min 714 nəfər vəfat edib. Aktiv xəstə sayı 55 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 706, bu günə qədər isə ümumilikdə 6 milyon 914 min 600 test icra olunub.