Son sutkada koronavirus infeksiyasına 10 yoluxma faktı qeydə alınıb.....

Azərbaycanda yeni növ koronavirus infeksiyasına son sutkada 10 yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

<Son sutkada koronavirus infeksiyasına 10 yoluxma faktı qeydə alınıb.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 min 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 49 nəfər müalicə olunaraq sağalıb, 9 min 714 nəfər vəfat edib. Aktiv xəstə sayı 57 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 508, bu günə qədər isə ümumilikdə 6 milyon 911 min 894 test icra olunub.