Son sutkada infeksiyasına 36 yoluxma faktı qeydə alınıb.....

Son sutkada Azərbaycanda yeni növ koronavirus infeksiyasına 36 yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

<Son sutkada infeksiyasına 36 yoluxma faktı qeydə alınıb.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 823 min 761 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 612 nəfər müalicə olunaraq sağalıb, 9 min 966 nəfər vəfat edib. Aktiv xəstə sayı 184 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2448, bu günə qədər isə ümumilikdə 7 milyon 347 min 597 test icra olunub.