Son sutkada infeksiyasına 25 yoluxma faktı qeydə alınıb.....

Azərbaycanda yeni növ koronavirus infeksiyasına son sutkada 25 yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.

<Son sutkada infeksiyasına 25 yoluxma faktı qeydə alınıb.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 793 min 10 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 164 nəfər müalicə olunaraq sağalıb, 9 min 716 nəfər vəfat edib. Aktiv xəstə sayı 130 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2312, bu günə qədər isə ümumilikdə 6 milyon 938 min 655 test icra olunub.