Son sutkada COVID-19 əleyhinə 65 min dozadan çox peyvənd vurulub.....

Sentyabrın 15-də Azərbaycanda 65 min 424 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

<Son sutkada COVID-19 əleyhinə 65 min dozadan çox peyvənd vurulub.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 min 363, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 min 61 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 745 min 851, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 551 min 501, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 194 min 350 nəfər təşkil edir.