Son sutkada COVID-19 əleyhinə 64 min dozadan çox peyvənd vurulub.....

Sentyabrın 8-də Azərbaycanda 64 min 33 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

<Son sutkada COVID-19 əleyhinə 64 min dozadan çox peyvənd vurulub.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 min 550, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 min 483 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 371 min 182, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 418 min 214, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 952 min 968 nəfər təşkil edir.