Son sutka əleyhinə 27 min dozadan çox peyvənd vurulub.....

Yanvarın 15-də Azərbaycanda 27 min 376 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

<Son sutka əleyhinə 27 min dozadan çox peyvənd vurulub.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 345, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 739 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 22 min 292 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 648 min 496, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 198 min 72, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 712 min 91 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 738 min 333 nəfər təşkil edir.