Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° enəcək, arabir yağış yağacaq.....

Avqustun 25-də bəzi rayonlarda hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

<Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° enəcək, arabir yağış yağacaq.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi əsəcək, arabir 20-25 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.

Avqustun 25-i axşama doğru yağıntının tədricən kəsiləcəyi, avqustun 26-27-də əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.